Sürücülərin kabusuna çevrilən "ölüm döngəsi" - Qəzaların səbəbi budur - VİDEO

Yol nəqliyyat hadisələrinin ən çox baş verdiyi ərazilərdən birinin videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, həmin ərazi Beyləqan rayonunda yerləşir. "Görüş yolu" adlanan bu yol sahəsində sərt döngə olduğu üçün orada tez-tez ölümlə nəticələnən qəzalar baş verir.
Sərt döngəyə yaxınlaşmanı və döngənin istiqamətini bildirən xəbərdarlıq nişanları quraşdırılmasına baxmayaraq sürücülər bu nişanlara əhəmiyyət vermirlər. Onlar döngədə yüksək sürətlə hərəkət etdikləri üçün ya əks yoldakı avtomobillə toqquşurlar, ya da ki, yoldan kənara çıxaraq qəzaya düşürlər.
Rayon sakinləri sözügedən ərazidə hər ay ölümlə nəticələnən qəzaların baş verdiyini bildirirlər. Hətta sosial şəbəkə istifadəçiləri həmin döngədə yaxınlarının, tanışlarının qəzada həlak olmalarını bildiriblər.
Sürücülərə tövsiyə edirik ki, tanımadıqları yol sahələrində müəyyən edilmiş hərəkət sürətindən də aşağı sürət həddi seçsinlər və yollara quraşdırılmış xəbərdarlıq nişanlarına uyğun hərəkət etsinlər.
Nərmin
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO








