Sürücülərin nəzərinə - PARKLANMA QİYMƏTLƏRİ DƏYİŞƏCƏK

Bakıda 35 qapalı parklanma yeri olsa da, sürücülər avtomobilləri küçələrdə qanunsuz park edirlər. Bu vəziyyət nəqliyyat sıxlığı yaratmağla yanaşı, bir sıra problemlərə də yol açır. Ortaya belə bir sual çıxır: Görəsən, hansı ərazilərdə parklanma yerləri ləğv olunmalıdır?
Avtosfer.az xəbər verir ki, bu barədə yol nəqliyyatı eksperti Elməddin Muradlı Redaktor.az-a açıqlamasında bildirib ki, bu gün parklanma ilə bağlı vəziyyət bir qədər qarışıqdır: “Paytaxtda tikinti və şəhərsalma ilə bağlı prosesin kor-koranə şəkildə aparılması parklanma yerlərinin yaradılmasına mane olur. Avtobus dayanacaqları, dönərxanalar və bir sıra məişət obyektləri çox yöndəmsiz təşkil olunub. Həmin yerləri sahibindən alıb, parklanma yerləri salmaq mümkün deyil. Çünki sahibkarlar Bakı şəhər İcra Hakimiyyətindən icazə aldıqlarını bildirirlər.
Amma bəzi yerlərdə parklanma yaxşı şəkildə təşkil olunub. Məsələn, Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakı Dövlət Universitetinin yanında çox yaxşı şərait yaradılıb. Yolun sol tərəfində səkiyə perpendikulyar şəkildə parkinq yeri yaradılıb. Sağ tərəfdə isə ümumi parklanma qadağan olunub və kameralar çəkir. Belə olan təqdirdə avtobuslar dayanacağa rahat şəkildə daxil ola bilir. Lakin təəssüf ki, dayanacağa yaxın ərazidə avtomobilini saxlayan sürücülər var. Yəqin ki, həmin sürücülər barədə müvafiq tədbirlər görüləcək”.
Ekspert vurğulayıb ki, parklanma ilə bağlı problemin aradan qaldırılması üçün iri dövlət qurumları, universitetlər Bakı şəhərinin ərazisindən kənara çıxarılmalıdır: “Heydər Əliyev prospektində Vergilər Nazirliyi üçün ayrıca bina tikilib. O bina istifadəyə veriləndə nazirliyin yüzlərlə əməkdaşı kənara çıxacaq. Bu isə həmin ərazidə nəqliyyat sıxlığının azalmasına səbəb olacaq. Bu addımı gələcəkdə digər dövlət qurumlarına da tətbiq etmək lazımdır. Məsələn, Gənclik metro stansiyasının yaxınlığında Gənclər və İdman Nazirliyinin fəaliyyət göstərməsi heç kimə lazım deyil. Eyni zamanda Sənaye və Energetika Nazirliyini şəhərdən kənara çıxarmaq işin ziyanına olmaz. Əks halda, kosmetik işlərin effektiv təsiri olmayacaq”.
Parklanma qiymətləri məsələsinə də toxunan E.Muradlı qeyd edib ki, qanuna görə 15 dəqiqəlik parklanma pulsuzdur. Bəzi parkinq əməkdaşları bu qaydaya əməl etmir və sürücüdən qanunsuz pul tələb edirlər: “Ümumilikdə əvvəllər Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qoyulmuş qiymətlər bahadır. Məkandan asılı olaraq 1 saatlıq parklanma qiyməti 30-50 qəpik - 1 manat civarında dəyişir. Şəhərin mərkəzində, iri ticarət mərkəzlərinin ərazisind isə 1 saatlıq parklanmanın qiyməti 2 manatdır. Parklanma ilə bağlı ödəniş elektron qaydada olmalıdır. Nəticədə sürücülər aldadılmayacaq. Həmçinin parklanma qiymətləri aşağı salınmalıdır. Lakin Nazirlər Kabineti tərəfindən parklanma qiymətinin bahalaşacağı daha çox gözləniləndir. Bu bahalaşmanın sürücülərin etirazına səbəb olacağını nəzərə alaraq, Nazirlər Kabineti qərardan öncə ciddi düşünməlidir”.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin məlumatına əsasən, Paytaxt Bakıda nəqliyyatın hərəkətinə maneə yaradan parklanma yerləri ləğv ediləcək. Bununla yanaşı, parklanma qiymətlərinə də yenidən baxılacaq.
Motosikleti maşınların üzərinə sürən Amin Məmmədov saxlanıldı - VİDEO
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - VİDEO
Abşeronda REYD: Yol polisi bir gündə 122 motoxuliqanı SAXLADI - VİDEO
Xətaidə öz qanunları ilə hərəkət edən sürücü ard-arda qayda pozdu - VİDEO
Bu küçədəki səkini sürücülər parkinq kimi istifadə edir - VİDEO
Binəqədidə riskli manevrlər edən sürücü qoşa xətdən əks yola çıxdı - VİDEO
Hüquqsuz avtomobil idarə edən şəxs 20 GÜN HƏBS EDİLDİ - VİDEO
Avtomobili sıxışdırıb təhlükə yaratdı, ardınca əlini maşından çıxarıb… - VİDEO
Bahalı avtomobiliylə səkini zəbt edib piyadaları təhlükəyə atdı - VİDEO
"Vito" sürücüsü həbs edildi - VİDEO
Yolun ortasında qərar verə bilməyən sürücü dayanıb maneə yaratdı - VİDEO










