Sürücülərin yeni hiyləsi - Pul ödəməmək üçün bu yola əl atırlar - DYP-dən AÇIQLAMA - FOTO - VİDEO
Paytaxtın Səbail rayonu Yusif Məmmədəliyev küçəsində qayda pozan sürücülər kameraya düşüb.
Avtosfer.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə müzakirələrə səbəb olub. Sürücülər avtomobillərini ikinci cərgədə park edərək həm dayanma-durma qaydalarını pozurlar, həm də digər hərəkət iştirakçılarına maneə törədirlər. Belə ki, onlar parklanmaya ödəniş etməmək üçün “AzParking”in nəzarəti altında olan ərazilərdə nəqliyyat vasitələrini saxlamırlar.
Qeyd edək ki, ödənişli parklanmadan kənar ərazilər “AzParking”in səlahiyyətində olmadığı üçün sürücülər bu üsuldan geniş istifadə edirlər.
Məsələylə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli Avtosfer.az-a geniş açıqlama verib. O bildirib ki, qanunvericiliyin tələblərinə əsasən, nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin ikinci zolağında dayanması və durması yolverilməzdir və öz növbəsində inzibati məsuliyyət yaradır: “Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq yenə də bəzi sürücülər tərəfindən yol verilən belə qayda pozuntusu yolun buraxıcılıq qabiliyyətinin azalmasına, eləcə də sıxlığın yaranmasına sbəb olurTəbii ki, qeyd etdiyim qayda pozuntusu aşkarlandığı təqdirdə sürücülər barəsində qanunamüvafiq tədbirlər görülür. Ümumilikdə sürücülər bu kimi halların yaşanmaması üçün qaydalara ciddi şəkildə riayət etməlidirlər“.
Nərmin