Sürücülərin yollarda təkrarladığı bu əməliyyata görə cərimə varmı? - AQİL RƏHİMOV AÇIQLADI - VİDEO

Bir çox hallarda sürücülərin yol hərəkəti qaydalarını bilməməsi paytaxtın küçə və prospektlərində sıxlıq yaranmasına gətirib çıxarır. Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülərin naşılığı nəticəsində yaranan sıxlıq səbəblərindən biri barədə danışıb.
Avtosfer.az xəbər verir ki, Aqil Rəhimov özünün sosial şəbəkə hesabında video paylaşaraq deyib ki, sürücülər çox vaxt ötmə ilə üstələmə əməliyyatlarını səhv salır.
Məşqçi bildirib ki, bəzən sürücülər sol zolaqda hərəkət etməyi üstün tutduqları üçün sağ zolaqda hərəkət olmur:
“Belə olan halda biz sağ zolaqda hərəkət edərək soldakı avtomobilləri geridə qoya bilirik. Sürücülər soruşur ki, bu sağdan ötmə sayılırmı? Belə hallarda sürücülər cərimələnə bilərmi? Nəzərə almaq lazımdır ki, ötmə zolağı dəyişməklə bir və ya bir neçə avtomobili geridə qoymaqdır. Biz yolun sağı ilə hərəkət edərkən hansısa zolaq dəyişmədik. Ona görə də bu manevrə görə cərimə yazıla bilməz. Bu əməliyyat üstələmə adlanır”.
Aqil Rəhimov sonda bildirib ki, bəziləri bu əməliyyata yandan keçmə deyir. Ruslar bunu “opеjеnie” adlandırır. Lakin qanunvericiliyimizə hələ ki, “üstələmə” terimini əlavə edilməyib.
Səfər
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO











