Sürücülük hüququ olmayan qazi işıq dirəyinə çıxıb iddialar səsləndirib - VİDEO - FOTO

Sumqayıt şəhərində sürücülük hüququ olmadan avtomobil idarə edən 1989-cu il təvəllüdlü, Vətən müharibəsi iştirakçısı Xəzər Abdullayev işıq dirəyinə çıxaraq əsassız və qərəzli iddialar səsləndirib.
Avtosfer.az-ın sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətindən bildirilib ki, X.Abdullayev barəsində sürücülük hüququ olmadan ayrı-ayrı avtomobillərlə hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaratdığına görə polis əməkdaşları tərəfindən tədbirlər görülüb. Daha əvvəl də bu hərəkətlərə yol verən sürücüyə polis əməkdaşları profilaktiki iş aparılmaqla bu qanun pozuntusuna yol verməməli olduğunu diqqətinə çatdırıb.
Lakin, X.Abdullayev edilən xəbərdarlıqlara məhəl qoymayıb, qanunamüvafiq tədbirlərdən nəticə çıxarmayıb, təkrarən sürücülük hüququ olmadan, həmçinin konstruksiyası dəyişdirilən və əlavə avadanlıqlar quraşdırılan avtomobili idarə edərək insanların həyat və sağlamlığına təhlükə yaradan hərəkətlərə yol verib.
Buna görə də o, yenidən polis əməkdaşları tərəfindən saxlanılıb və avtomobil mühafizə olunan duracağa yerləşdirilib. Onun hərəkətlərinə adekvat olaraq zəruri tədbirlər polis tərəfindən görülüb.
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO - YENİLƏNİB
Narkotikin təsiri altında sükan arxasına keçən sürücü yenidən saxlanıldı - FOTO
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO














