Sürücünün maşındakı monitorda video izləməsi qayda pozuntusudur? - DYP-dən AÇIQLAMA - VİDEO

Sürücülərin avtomobilin mərkəzi monitorundan video izləməsi son illərdə geniş yayılıb. Müasir avtomobillərdə multimedia sistemləri yüksək keyfiyyətli ekranlarla təchiz olunur və bu da bəzi sürücüləri hərəkət zamanı film və ya digər videolara baxmağa sövq edir. Lakin bu cür hərəkətlər sükan arxasında diqqəti yayındırır və qəza riskini xeyli artırır.
Mütəxəssislər bildirirlər ki, avtomobil idarə edən zaman sürücünün diqqəti tam şəkildə yola yönəlməlidir. Monitor vasitəsilə video izləmək, sosial şəbəkələrə baxmaq və ya internetdə hər hansı məzmunu izləmək həm öz həyatını, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini risk altına salır.
Bəzi sürücülər bu halın texniki cəhətdən mümkünsüz olduğunu düşünsələr də, bir çox avtomobillərdə sistemlər hərəkət zamanı da video izləmə funksiyasını deaktiv etmir. Bu isə əlavə təhlükə yaradır və qəza risklərini artırır.
Bəs sürücülərin avtomobilin monitorundan video izləməsi qayda pozuntusudurmu?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev “Avto FM” radiosuna müsahibəsində bildirib ki, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün Baş Dövlət Yol Polisi olaraq mütəmadi şəkildə öz müraciətlərimizi media subyektləri və sosial şəbəkələr üzərindən sürücülərə ünvanlayırıq:

“Lakin təəssüf ki, görülən işlərə, edilən xəbərdarlıqlara baxmayaraq bəzi sürücülərin qaydalara biganə yanaşması, qeyri-ciddi münasibəti sonda yol-nəqliyyat hadisələrinin baş verməsinə gətirib çıxarır.
Qeyd edim ki, bu gün baş verən yol-nəqliyyat hadisələrini araşdırdığımız zaman görürük ki, bəzi hallarda sürücülər nəqliyyat vasitəsindən istifadə edərkən diqqətdən yayınan hərəkətlərə yol verirlər. Məsələn, mobil telefondan istifadə edirlər ki, ani bir diqqətsizlik yol-nəqliyyat hadisəsinin baş verməsinə gətirib çıxara bilər.
Eləcə də bir məsələni vurğulamaq istəyirəm ki, sükanın yanında olan, yeni çıxan bəzi nəqliyyat vasitələrində monitorlar var və sürücülər bəzi hallarda bu monitorlarda film izləyirlər və yaxud ondan istifadə edərkən diqqətlərini yayındırırlar. Bu da qəza riskinin yaranmasına zəmin yaradır.
Ona görə də sürücülərdən xahişimiz odur ki, yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etsinlər ki, mənzil başına rahat şəkildə çata bilsinlər”.
Eltac Zülfüqaroğlu
Təhsil müəssisələri yaxınlığında səs-küy salmağa görə cərimə tətbiq edilməlidir? – Ekoloqdan AÇIQLAMA
Maşını yolun ortasında park edən kişi digər sürücünü özündən çıxartdı - VİDEO
Qarlı havalarda sürücülər hansı səhvlərə yol verir? - EKSPERT AÇIQLADI
"Range Rover"lə hoqqabazlıq edib yol polisindən qaçan sürücü HƏBS EDİLDİ - VİDEO
Geriyə dönənlərin zolağına girən sürücü düzünə sürüb qaydaları pozdu - VİDEO
Saatlıda narkotik çəkən vəsiqəsiz sürücü 30 günlük HƏBS EDİLDİ
Motosikleti az qala vuran sürücü cavabıyla özünü gülməli vəziyyətə saldı - VİDEO
Zolağa necə gəldi girən sürücü qəza şəraiti yaratdı - VİDEO
Prospektdə sürücü motosikleti gözardı edib sıxışdırdı - 99-KO-880 - VİDEO
Yük avtomobilinin sürücüsü əks yola çıxıb maşınların üzərinə sürdü - VİDEO
Abşeronda vəsiqəsi olmadan "ruçnoy" çəkən "avtoş" gənc həbs edildi - VİDEO











