Sürücünün təhlükəli və ağlasığmaz hərəkəti - VİDEO
Qaydalar
4 Dekabr 2020 16:30
Oxunub 3574
Sürücü avtomobildə etdiyi ağlasığmaz hərəkətləri videoya çəkərək sosial şəbəkədə yayıb. Avtosfer.az xəbər verir ki, 90-MH-200 qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobilin sürücüsü hərəkət zamanı iki ayağını da yuxarı qaldıraraq sürətlər panelinin üzərinə qoyub. Həmin vaxt avtomobilin tormoz sistemindən istifadə etmək mümkünsüz olduğu üçün bu hərəkət faciə ilə nəticələnə bilərdi.
Qeyd edək ki, avtomobilin avtopilot rejimindən istifadə edərək sürəti əl ilə idarə etmək olur. Lakin kəskin tormoz sistemi əl idarəsində olmadığı üçün ayaq tərəfdəki əyləc pedalından istifadə etmək zəruri olur.
Ümid edirik ki, sürücünün etdiyi hərəkətə hüquqi qiymət verilərək barəsində ciddi tədbir görüləcək.
Fərid
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR