Svetoforda dayanan sürücülər bir-birinə baxıb görün nə etdi - VİDEO

Qaydalar 30 Oktyabr 2022 12:20 Oxunub 2960
Svetoforda dayanan sürücülər bir-birinə baxıb görün nə etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sürücülərdən biri yolda eksperiment aparmaq məqsədi ilə video çəkərək sosial şəbəkədə paylaşıb. Avtosfer.az-ın məlumatına görə, xanım sürücü siqnal verəcəyini bildirərək, bu səsə digər sürücülərin də reaksiya verəcəyini qeyd edib. O, daha sonra uzun səs siqnalı verərək müşahidə aparmağa başlayıb. Siqnal səsini eşidən digər sürücülər, ona qoşularaq siqnal verməyə başlayıb.
Qeyd edək ki, avtomobillər həmin vaxt svetoforun qırmızı işığında dayanıb. Belə vəziyyətdə onların səs siqnalından istifadə etməsi qayda pozuntusu hesab olunur.
Təəssüf ki, paytaxt küçələrində bu cür hallarla tez-tez rastlaşırıq. Sürücülər lazım olmadan səs siqnalından istifadə edərək bütün hərəkət iştirakçılarını, o cümlədən yolun kənarına yaxın yerdə yaşayan insanları narahat edirlər.

"Yol hərəkəti haqqında" qanunun 73-cü maddəsinə əsasən səs siqnalı 2 halda verilə bilər:
1) yaşayış məntəqələrindən kənarda  ötmə  niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan hallarda
2) yol-nəqliyyat hadisəsinin qarşısını  almaq  üçün.

Leyla

ŞƏRH YAZ
Ad

E-mail

Şərh