Svetoforun işığını görməyən sürücüyə cərimə yazıldı - Qanunidirmi? - VİDEO

Bakıda svetoforun qırmızı işığını görməyən sürücü cərimələnib. O, düşdüyü situasiya ilə bağlı redaksiyamızın qaynar xəttinə müraciət edib. Bildirir ki, Babək prospektində hərəkət edən zaman sağ zolaqda olan avtobus sürücüsü svetoforun önündə dayanıb. Həmin vaxt svetofor görünmədiyi üçün qırmızı işıqda keçib. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 3 bal və 80 manat məbləğində cərimə yazılıb.
Belə halların baş verməməsi üçün svetoforlar qanunla necə quraşdırılmalıdır?
Avtosfer.az xəbər verir ki, svetoforların quraşdırılmasının tələbləri ilə bağlı milli qanunvericilikdə normal standart yoxdur. Lakin bu o demək deyil ki, svetoforlar necə gəldi quraşdırılmalıdır. Nişanlar kimi svetoforlar da yol hərəkəti təşkilinin vacib elementlərindən biri hesab edilir. Bu səbəbdən svetoforların yerləşməsi, iş rejimi elə olmalıdır ki, sürücü lazımi məsafədən onu görə bilsin. Bunun isə sadə yolu ondan ibarətdir ki, ya yolun sağındakı svetoforun konsul dayağının quraşdırılması, ya da ki, həmin svetofor obyektinin yolun sol tərəfində təkrarlanması təmin edilməlidir.
Sürücü bu cür cəriməyə görə məhkəməyə müraciət edə bilər.
Fərid
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO - YENİLƏNİB
Narkotikin təsiri altında sükan arxasına keçən sürücü yenidən saxlanıldı - FOTO
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO










