Svetoforun qırmızı işığına məhəl qoymayan sürücü təhlükə saçdı - 10-VX-011 - VİDEO
Qaydalar
5 Aprel 2024 10:00
Oxunub 742
Bakıda yol hərəkəti qaydasını pozan sürücü təhlükəli hərəkət edib. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 4-də, paytaxtın İbrahimpaşa Dadaşov küçəsində baş verib. Belə ki, 10-VX-011 qeydiyyat nişanlı "Lexus" markalı avtomobilin sürücüsü svetoforun qırmızı işığına məhəl qoymayaraq yolayrıcına daxil olub. Daha sonra isə belə də olmalı imiş kimi hərəkətinə davam edib.
Qeyd edək ki, bu xətaya görə qanunvericilikdə 3 bal 80 manat cərimə nəzərdə tutulub.
Fərid
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR