Svetoforun yaşıl işığında 15 saniyə "yatan" sürücülər - VİDEO

Sükan arxasında mobil telefonla məşğul olan və diqqəti yoldan yayınan sürücülər, adətən, hərəkətin ləngiməsinə və süni tıxacların yaranmasına səbəb olurlar. Avtosfer.az xəbər verir ki, bəzən svetoforun yaşıl işığı yansa da, sürücülər hərəkət etmirlər. Belə hallardan ikisi avtomobildəki kameraya düşüb.
Birinci hadisə paytaxtın Teymur Elçin küçəsində qeydə alınıb. Svetoforun yaşıl işığı yansa da, "Porsche" markalı avtomobilin sürücüsü yoluna davam etmir. Onun arxasında dayanan sürücülər də məcburən gözləməli olurlar. Sürücü yaşıl işıq yandıqdan 7 saniyə sonra hərəkətə başlayır.
İkinci görüntü isə Şəfayət Mehdiyev küçəsində qeydə alınıb. Burada bir xanım sürücü yaşıl işığın yanmasına baxmayaraq 15 saniyə sonra yerindən tərpənir.
Bu görüntülər sıxlıq saatlarında qeydə alınmasa da, belə davranışlar tıxac olan küçələrdə ciddi problemlərə yol açır. Bir çox sürücü bu cür gecikmələri ciddiyə almır. Lakin qeyd edək ki, hətta 2-3 saniyəlik ləngimə belə hərəkətin ritmini poza, tıxacın artmasına və xaotik vəziyyətin yaranmasına səbəb ola bilər. Paytaxtda elə svetoforlar var ki, yaşıl işıq cəmi 10-15 saniyə yanır. Bu müddətdə sürücünün diqqətinin yayınması və hərəkətə başlamaması tıxacın yaranmasını qaçılmaz edir.
Fərid
Piyadanın üstünə maşın sürən sürücü SAXLANILDI - VİDEO
Bakıda sürücü rus nömrəli maşınla qaydaları poza-poza getdi - VİDEO
Taksi duracağını zəbt edib işıqforadək sıra yaratdılar - ŞİKAYƏT - VİDEO
Biləcəridə “Hyundai” sürücüsü piyadaların həyatını riskə atdı - VİDEO
Ötmənin qadağan olduğu ərazidə əks yola çıxıb dəfələrlə təhlükə saçdı - VİDEO
Küləkli havada yükü açıq daşıyan “KamAZ” sürücüsü təhlükə yaratdı - VİDEO
Sürücülərin hörmət etmədiyi yol nişanları: 3 bal 100 manat cəriməsi var - VİDEO
Bu yolda qaydalar dəyişdi - Artıq cərimə YAZILMAYACAQ
Avtobus sürücüsü dayanacağı arxada qoyub yolun ortasında saxladı - VİDEO
Dövlətin yerini özəlləşdirən şəxslər sürücünü özündən çıxardı - VİDEO
Piyada keçidini heçə sayıb maşını düz üzərində park etdi - VİDEO












