Banner

Taksi çağıran sərnişin yer tapmadı – Duracağı zəbt etdilər - VİDEO

Qaydalar 27 Oktyabr 2026 12:18
Taksi çağıran sərnişin yer tapmadı – Duracağı zəbt etdilər   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsində dayanma-durma qaydalarını pozan sürücülər görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, bu barədə izləyicilərdən biri redaksiyanın “WhatsApp” ünvanına videomaterial göndərib.

Kadrlardan görünür ki, “KIA” və 90-SS-085 dövlət nömrə nişanlı “Range Rover” markalı avtomobillərin sürücüləri taksi duracağı üçün nəzərdə tutulan ərazidə avtomobillərini saxlayıblar. Nəticədə taksi gözləyən sərnişinlər üçün nəzərdə tutulan yer zəbt olunub.

Vətəndaş bildirib ki, taksi sifariş etsə də, duracağın digər avtomobillər tərəfindən tutulması səbəbindən sürücünün harada dayanacağı sual doğurur.

Qeyd edək ki, dayanma və durma qaydalarına əməl etmək, nəqliyyat vasitələrini yalnız buna icazə verilən yerlərdə saxlamaq sürücülərin vəzifəsidir. Taksi duracaqlarının təyinatı üzrə istifadəsinə mane olmaq digər hərəkət iştirakçıları üçün də çətinlik yaradır.

Nərmin

bax.tvhttps://player.bax.tv/embed/228234.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

 

 

Oxunub : 586
ŞƏRH YAZ
Ad

E-mail

Şərh