Taksi duracağını zəbt edən yük maşını sürücüsü cərimələndi - VİDEO - YENİLƏNİB

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, həmin yük avtomobilini idarə edən sürücü Röyal Bayramov polis əməkdaşları tərəfindən müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanması və ya durması qaydalarının pozulması maddəsi ilə protokol tərtib olunub.
***
29.08.2025? 20:06
***
Paytaxtın mütəmadi olaraq qaydalar pozulan küçəsində bu dəfə həm taksi sürücüləri, həm də piyadaların hüquqlarına zidd addımlar atılıb.
Avtosfer.az xəbər verir ki, Bakının Nizami rayonu Elşən Süleymanov küçəsində yol hərəkəti qaydaları davamlı pozulur.
Bu dəfə 99-YX-016 qeydiyyat nişanlı “SemiTrailer” markalı yük maşını taksi duracağını parklanma zonası kimi istifadə edib. Bu barədə saytımızın sosial şəbəkə hesabına vətəndaşlardan biri tərəfindən video göndərilib. O bildirib ki, bu nöqtədə vaxtaşırı başqa sürücülər də avtomobillərini saxlayır və məhəllə sakinləri taksiyə yolun 2-ci zolağında minməyə məcbur olurlar. Şikayətçi qeyd edib ki, yük maşınının pozduğu qayda isə avqustun 25-i 22:30-23:30 aralığında baş verib.
O, həmçinin səkidə kimliyi məlum olmayan şəxslər tərəfindən daşların yerləşdirilməsi və bununla da səkinin istifadəyə yararsız hala gəldiyini də deyib. Buna görə də vətəndaşlar ya avtomobillərin hərəkəti üçün nəzərdə tutulan hissə ilə hərəkət etməli olur, ya da kolluğun arası ilə necəsə səkiyə qayıdırlar.
Şiakyətçi aidiyyəti qurumlardan bu küçədə yaranan qanunsuz vəziyyətin aradan qaldırılmasını xahiş edir.
Səfər
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO
Reyddə saxlanılan sürücü sərxoş çıxdı: “Jurnalist çağırın” deyib dava saldı - VİDEO
Dönmə işığına arxayın olan "BakuBus" sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Masazırda yolu kəsən sürücü görün özünə necə haqq qazandırdı - VİDEO
Qusarda avtoxuliqanlıq edən sürücü 15 sutka həbs edildi - FOTO
Sürücünün qaydaları kobud şəkildə pozmasının ANBAAN VİDEOsu
Boş yerdə dayanmayıb yolun ortasında sərnişin düşürən sürücü hərəkəti məhdudlaşdırdı - VİDEO








