Taksi nişanından istifadə olunmalıdır? - NƏQLİYYAT EKSPERTİ DANIŞDI

Qaydalar 29 Mart 2022 16:39 Oxunub 1522
Taksi nişanından istifadə olunmalıdır? - NƏQLİYYAT EKSPERTİ DANIŞDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Taksi nişanlarının qoyulub və ya qoyulmaması elə bir ciddi problem yaratmasa da, bəzi hallarda xüsusilə də, xanımlar bu vəziyyətdən narazı qalırlar”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib.

Onun sözlərinə görə, xanımların fikrinə əsasən, avtomobildə taksi nişanı olmadığı zaman bu hal həmin ərazinin sakinlərinin diqqətinə səbəb olur: “Sürücülərin çoxu məsuliyyətsizlik edərək, fərqlənmə nişanından istifadə etməyib vergi ödəməkdən boyun qaçırırlar. Bəziləri isə özünə yaraşdırmır, utanır və buna görə də taksi nişanından istifadə etmir. Bunun üçün bizim qanunvericilikdə bütün həll yolları öz əksini tapıb. Qaydalara görə, taksi avtomobillərinin üzərində şahmat işarəsi mütləq olmalı və xidmət növü olaraq fərqlənmə nişanı qoyulmalıdır. Təəssüflər olsun ki, bizdə avtomobillərin üzərinə şirkətlərin adı yazılır. Bunların çoxu reklam xarakteri daşısa da, mən bu halla razılaşmıram. Ona görə ki, taksi nişanlarından mütləq istifadə olunmalıdır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh