Taksi şirkətlərində islahatlar davam edir – YENİ QAYDALAR

Azərbaycanda fəaliyyət göstərən taksi şirkətləri, sürücülər, eyni zamanda onların iş qrafiki, nəqliyyat vasitələri haqqında və digər məlumatları birbaşa Yerüstü Nəqliyyat Agentliyinə ötürəcəklər.
Avtosfer.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq qanunvericiliyə edilən dəyişikliklərdə nəzərdə tutulub. Həmçinin taksi sifarişi zamanı vaxt və tarix, nağd və ya nağdsız olmaqla gedişhaqlarının ödənişi üsulu, daşıyıcının vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamə üzrə məlumat və bir neçə əsas məlumatlarda Agentliyinə yönləndiriləcək.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, hazırda taksi fəlayyətində ciddi nöqsanlar müşahidə edilməkdədir. Buna isə əsas səbəb birbaşa nəzarət mexanizminin olmamasıdır...Yeni qaydaların tətbiqi bu sahədə tənzimləmələrə səbəb olacaq.
Onun sözlərinə görə yeni qaydaların tətbiqi sürücülərlə yanaşı sərnişinlərin bu xidmətdən istifadə zamanı üzləşdikləri problemləri aradan qaldıracaq. Bundan əlavə daşıyıcı şirkətlərin vergidən yayınma hallarının da qarşısını alacaq...
Yerüstü Nəqliyyat Agentliyindən də "Xəzər Xəbər"ə bildirilib ki, taksi sifarişi operatorları tərəfindən hər bir sifariş üzrə real vaxt rejimində ötürülən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların siyahısı təsdiqlənib. Məlumatların toplanması taksi daşımaları haqda məlumat bazasının formalaşmasına, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə aparılan təhlillərdə bu materiallardan istfadə edilməsinə əsaslandırılmış qərarların qəbul edilməsinə şərait yaradacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Avtobus sürücüsündən TƏHLÜKƏLİ MANEVR: Qəza şəraiti yarandı - VİDEO
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO










