Taksi sürücülərinin Bakıda törətdiyi yol qəzaları – REAL VİDEO

Bakıda taksi sürücülərinin yol hərəkəti qaydalarını kobud şəkildə pozması qəzalara səbəb olub. Avtosfer.az Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» xidmətinin kameraları vasitəsilə qeydə alınan həmin qəzaların görüntülərini təqdim edir. Görüntülərdən aydın olur ki, birinci qəzada taksi sürücüsü Neftçilər prospektində – Dəniz Vağzalının qarşısında hərəkət edərkən manevr qaydalarını pozur. Sürücü sağdan hərəkət edən nəqliyyat vasitələrinə əhəmiyyət vermədən bir neçə zolağı kəsərək sağa çıxır. Bu zaman düzünə hərəkət edən avtomobillə toqquşma baş verir.
Digər qəza isə avtobus dayanacağında baş verir. Dayanacaqda dayanıb müştəri gözləyən taksi yola çıxarkən dayanacağa daxil olan avtobusla toqquşur. Qəza zamanı avtomobillərə cüzi ziyan dəysə də, sözsüz ki, burada günah taksi sürücüsündədir. Birincisi, avtobus dayanacağında onun nə işi var? İkincisi isə hərəkətə başlayarkən yaxınlaşmaqda olan nəqliyyat vasitələrinə yol vermək lazımdır. Bu sürücü isə nəinki yol verir, o boyda avtobusun yaxınlaşdığını deyəsən, görmür…
Elməddin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












