Taksi sürücüsü duracaqda başqa avtomobillərin saxlamasından şikayət etdi - VİDEO

Bakıda taksi sürücülərinin taksilər üçün nəzərdə tutulan parklanma yerlərindən istifadə edə bilməməsi artıq ciddi narazılıq yaradır.
Avtosfer.az xəbər verir ki, sürücülər onlara ayrılmış duracaqlarda digər nəqliyyat vasitələrinin park etməsindən və nəticədə ikinci zolaqda dayanmağa məcbur qalıb cərimələnmələrindən narazıdırlar.
Taksi sürücülərindən biri sosial şəbəkədə paylaşdığı görüntülərdə qeyd edib ki, paytaxtın Təbriz küçəsində, “MetroPark” ticarət mərkəzi ilə üz-üzə sahədə bu problem hər gün yaşanır. Onun sözlərinə görə, burada Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin taksilər üçün ayırdığı parklanma yerləri taksi olmayan avtomobillər tərəfindən zəbt olunub:
“Bura bizə, yəni taksilərə ayrılmış ərazidir. Amma başqaları gəlib saxlayır. Mən də məcbur ikinci zolaqda dayanmalı oluram. Daha sonra isə cərimə yazılır. Şikayət edəndə isə deyirlər ki, “bizə zəng edib xəbər verəydin, saxlamayaydın”. Elə park ediblər ki, elə bil “AzParking”in özəl yerləridir. Halbuki faktiki olaraq bu sahə taksilər üçün nəzərdə tutulub”.
Sürücülər hesab edir ki, məsələ ilə bağlı nəzarət mexanizmi yetərsizdir və duracaqların təyinatına uyğun istifadə olunmaması əlavə narahatlıqlar doğurur.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsinə əsasən, taksi duracaqlarında taksi minik avtomobilləri olmayan digər nəqliyyat vasitələrinin dayanmasına görə sürücülər 40 manat məbləğində cərimə olunur.
Eltac Zülfüqaroğlu
Narkotik qəbul edib maşın qaçırdı - Rayona gedəndə postda tutuldu
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hərbi xidmətə getməyə hazırlaşan gənc "BMW" ilə "avtoş"luq etdi - Məhkəməyə düşdü
Keçiddən keçən piyadanı görməzdən gəlib yoluna davam etdi - VİDEO
Yol polisinin yanında avtobus zolağına girən "Ferrari" saxlanıldı - FOTO - VİDEO
Motosikletin qabağına qəfil çıxan yük maşını qorxulu anlar yaşatdı - VİDEO
Bu qəzada günahkar kimdir; sürücü, yoxsa piyadalar? – Ekspert İZAH ETDİ - VİDEO
Xətaidə səfirliyə məxsus “BMW” piyadaları təhlükə ilə üz-üzə qoydu - VİDEO
Maşınlarını necə gəldi saxlayan sürücülər küçəni bağladı – 10-ZT-487 və 90-DM-898 - VİDEO
"ZİL" sürücüsü narkotikin təsiri altında SAXLANILDI - Ekologiya postunda - FOTO
Tıxacdan qaçan sürücü parkinq zolağına keçdi – 99-HQ-022 - VİDEO










