Taksi sürücüsünə qarşı şok fırıldaqçılıq: Qazidən pul alıb ödəniş etmədən qaçdılar - VİDEO

Bakıda taksi sürücüsünə qarşı daha bir fırıldaqçılıq hadisəsi baş verib. Avtosfer.az-ın məlumatına görə, hadisə ilə bağlı taksi sürücüsü redaksiyamızın qaynar xəttinə müraciət edib. Onun sözlərinə görə, sifarişlə iki sərnişini Qaraçuxur qəsəbəsinə aparıb. Yolboyu sərnişinlərdən biri sürücüdən 30 manat məbləğində pulu kartla göndərməsini xahiş edib və yarım saat ərzində qaytaracağını bildirib. Sürücü onların səmimiyyətinə inanaraq və aldatmaq fikrində olmadıqlarını düşünərək məbləği göndərib.
Təyinat nöqtəsinə çatdıqdan sonra sərnişinlər üzərlərində nağd pul olmadığını, evdən gətirib verəcəklərini deyiblər. Sürücünü inandırmaq üçün onlardan biri sürücülük vəsiqəsini girov kimi təqdim edib. Sonradan məlum olub ki, fırıldaqçılıq edən vəsiqə sahibi 1987-ci il təvəllüdlü Qasımov Vüsal Əbdülağa oğludur. Onlar sürücünü aldadaraq ərazidən uzaqlaşıblar.
Qeyd edək ki, aldadılan taksi sürücüsü 44 günlük Vətən Müharibəsində iştirak etmiş qazidir. O, hüquq-mühafizə orqanlarına müraciət edərək həmin şəxslərin tapılıb məsuliyyətə cəlb olunmasını xahiş edir.
Fərid



"Range Rover"lə hoqqabazlıq edib yol polisindən qaçan sürücü HƏBS EDİLDİ - VİDEO
Geriyə dönənlərin zolağına girən sürücü düzünə sürüb qaydaları pozdu - VİDEO
Saatlıda narkotik çəkən vəsiqəsiz sürücü 30 günlük HƏBS EDİLDİ
Motosikleti az qala vuran sürücü cavabıyla özünü gülməli vəziyyətə saldı - VİDEO
Zolağa necə gəldi girən sürücü qəza şəraiti yaratdı - VİDEO
Prospektdə sürücü motosikleti gözardı edib sıxışdırdı - 99-KO-880 - VİDEO
Yük avtomobilinin sürücüsü əks yola çıxıb maşınların üzərinə sürdü - VİDEO
Abşeronda vəsiqəsi olmadan "ruçnoy" çəkən "avtoş" gənc həbs edildi - VİDEO
Sərxoş vəziyyətdə avtomobil idarə edib sürət həddini aşdı – Saxlanıldı - FOTO
İş başında sükanı buraxıb oyun oynayırdı - İşdən çıxarıldı - VİDEO
Yolayrıcında qəza təhlükəsi yaradan sürücü CƏRİMƏLƏNDİ - VİDEO











