Taksilər dairələrdə hərəkətə mane olurlar - VİDEO

Xırdalan və 20 yanvar dairələrinə daxil olan sürücülər bir neçə dəqiqə tıxacda qalırlar. Səbəb isə adı çəkilən yollarınn hərəkət hissəsində bəzi sürücülərin taksi fəaliyyəti ilə maşğul olmasıdır. Yol polisi isə bu cür sürücülər barəsində sərt cəza tədbirləri görüləcəyini bildirir...
Yolda dayanma və durmanı qadağan edən lövhə olsa da, nişanın təsir zonasında taksi fəaliyyəti ilə məşğul olurlar. Məsələn, Sumqayıt istiqamətinə hərəkət edən sürücülər Xırdalan dairəsinə daxil olarkən vaxt itgisi ilə üzləşirlər. Çünki yolun hərəkət hissəsində həm avtobuslar, həm də Sumqayıt istiqamətinə işləyən taksilər dayanaraq müştəri gözləyirlər. "20 Yanvar" adlanan dairədə müvafiq nişan olasa da, sürücülər buna məhəl qoymur. Bəzisi dairədə, bəzisi isə yolun kənarında avtomobili saxlayır.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin sözcüsü Kamran Əliyev bildirdi ki, Xırdalan dairəsi adlanan ərazidə olan dayancaqda taksilərin dayanacağı zəbt etməsi səbəbindən orada tıxac yaranır və bu məqsədlədə bir neçə sürücü barəsində cəza tədbiri görülüb. Ümumilikdə isə, həm 20 yanvar həm də Xırdalan dairəsində qanunun tələblərini pozan sürücülər barəsində sərt cəza tədbirləri görüləcək.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












