Taksilərin avtobus zolağına girməsinə icazə verilməlidir – EKSPERTDƏN AÇIQLAMA - VİDEO

Qaydalar 22 Avqust 2024 20:35 Oxunub 4184
Taksilərin avtobus zolağına girməsinə icazə verilməlidir – EKSPERTDƏN AÇIQLAMA - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son günlər qanuni taksi fəaliyyəti ilə məşğul olan şəxslərin avtobus zolağına daxil olarkən cərimələnməsi məsələsi gündəmə çevrilib.

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı sosial şəbəkələrdə izləyicilərin suallarını canlı yayımda cavablayıb. O bildirib ki, avtobusların işini asanlaşdırmaq üçün ayrılan zolaqlar ümumilikdə yüksək perspektiv vəd etsə də, digər yerüstü ictimai nəqliyyat növü olan taksiləri də unutmamaq lazımdır.

“Əgər söhbət Bakıdan gedirsə, Bakıda taksi duracaqlarının sayı çox azdır. Taksilərə aid duracaq yerlərini başqa avtomobillər zəbt edib. Hələ bir aydır ki, qanuna dəyişiklik edildi və taksi duracaqlarında başqa avtomobilləri parklamağa görə sürücülər 40 manat cərimələnəcəklər. Lakin əsas sual odur ki, taksi duracaqlarının sayı onların fəaliyyətinə kifayət edirmi? Əlbəttə, etmir. Hətta duracaqların avtomobil tutumuna da diqqət etsək görərik ki, heç 3 avtomobil parklamağa da şərait yoxdur”.

O qeyd edib ki, taksi sürücülərinin avtobus zolağına girib müştəri götürüb hərəkət etməsi onların 2 bal və 100 manat cərimələnməsi ilə nəticələnir, lakin taksi sürücülərinin gündəlik qazancı hər dəfə müştəri götürmələri səbəbilə bu cəriməni ödəməyə kifayət edə bilməz. Bu problem qanunverici, yaxud icraedici orqan tərəfindən həll edilməlidir.

Həmin videonu sizə təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh