Tapmacaya çevrilən dairə: Sürücülər Allah ümidinə gedirlər - VİDEO

"Sədərək" ticarət mərkəzində hərəkətin təşkilində olan çatışmazlıqlar sürücüləri çətin vəziyyətə salıb. Bu barədə sürücülərdən biri qeydə aldığı videonu redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, ticarət mərkəzinin çıxışına yaxın olan bir hissədə dairəvi hərəkət təşkil olunub. Lakin heç bir istiqamətdə yol nişanları quraşdırılmayıb. Yalnız video qeydə alınan istiqamətdə asfalt üzərinə 1.13 "yol ver" nişanlanma xətləri tətbiq edilib. Bu nişanlanma xəttinin isə 2.4 "yol ver" nişanı olmadan tətbiq edilməsinin heç bir önəmi yoxdur. Yəni, həmin nişanlanma xəttinin 2.4 yol nişansız heç bir hüquqi qüvvəsi yoxdur. Buna baxmayaraq, tətbiq edilən nişanlanma xətti sürücüləri çaş-baş salır.
Ümid edirik ki, aidiyyəti qurumlar həmin ərazidə sürücülərin təhlükəsizliyi üçün müvafiq nişanlar və nişanlanma xətləri tətbiq edərək rahat hərəkət şəraiti təşkil edəcək.
Fərid
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO
Reyddə saxlanılan sürücü sərxoş çıxdı: “Jurnalist çağırın” deyib dava saldı - VİDEO
Dönmə işığına arxayın olan "BakuBus" sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Masazırda yolu kəsən sürücü görün özünə necə haqq qazandırdı - VİDEO
Qusarda avtoxuliqanlıq edən sürücü 15 sutka həbs edildi - FOTO
Sürücünün qaydaları kobud şəkildə pozmasının ANBAAN VİDEOsu
Boş yerdə dayanmayıb yolun ortasında sərnişin düşürən sürücü hərəkəti məhdudlaşdırdı - VİDEO








