Yasamalda sürücü piyadanın iradına əhəmiyyət verməyib yolu kəsdi - VİDEO

Qaydalar 23 May 2024 18:45 Oxunub 1314
Yasamalda sürücü piyadanın iradına əhəmiyyət verməyib  yolu kəsdi   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Yasamal rayonu Tbilisi prospektində piyadaların səki ilə hərəkəti məhdudlaşıb.
Avtosfer.az xəbər verir ki, xoşagəlməz hadisə mayın 23-də günorta saatlarında qeydə alınıb. Belə ki, 99-MA-080 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü dayanma-durma qaydalarını pozub. Nəticədə əraziyə çatan piyadalar avtomobillərin intensiv hərəkətdə olduğu yola keçiblər. Hadisə şahidinin iddiasına görə, o, qayda pozan sürücüyə səkinin önündə saxlamamasını bildirib, amma qadın ona əhəmiyyət verməyib.
Qeyd edək ki, bu qayda pozuntusu, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən, 20 manat məbləğində cəriməylə nəticələnir. 

 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh