TƏBİB təcili tibbi yardım avtomobillərinə yol verən sürücülərə təşəkkür etdi - VİDEO

Uzun müddətdir TƏBİB tərəfindən keçirilən aksiyada təcili yibbi yardım avtomobilinə yol verən sürücülərin görüntüləri paylaşılır. Bu dəfə növbəti videoçarx hazırlanaraq bu nəqliyyat vasitələrinin idarəçilərinə təşəkkür edilib.
Avtosfer.az xəbər verir ki, videoda, təcili yardım avtomobilinə yol verən sürücülər əks olunub və bu, geniş ictimaiyyətə nümunə göstərmək məqsədini güdür.
Qanunvericiliyə görə, operativ nəqliyyat vasitəsi sayrışan işıq və səs siqnallarından istifadə etdikdə, digər nəqliyyat vasitələrinin sürücüləri həmin avtomobillərə yol verməlidir. Bu, xüsusilə təcili tibbi yardım, yanğınsöndürən və digər xüsusi xidmətlərin fəaliyyətini asanlaşdıran bir qaydadır.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən, xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə 100 manat məbləğində cərimə edilir.
Eltac Zülfüqaroğlu
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO










