TƏBİB yollarda təcili yardıma yol verməyən sürücülərə çağırış edib – VİDEO

Son dövrlər avtomobil yollarında təcili tibbi yardım, eləcə də operativ nəqliyyat vasitələrinə yol verməklə bağlı problem müşahidə olunur.
Avtosfer.az xəbər verir ki, TƏBİB-in mətbuat katibi Elnur Hidayətoğlu özünün sosial şəbəkə hesabında sürücülərin təcili tibbi yardım avtomobillərinə yol verməsinin vacibliyi ilə bağlı çağrış edəcək videoçarx paylaşıb. Videoçarxda operativ nəqliyyat vasitəsinə yol verməyən sürücülərə meqafon vasitəsi ilə xəbərdarlıq edilib.
Elnur Hidayətoğlu sosial şəbəkə hesabından təcili tibbi yardım avtomobilinə yol verən sürücülərə təşəkkürünü bildirib:
“Təcili yardım avtomobillərinə yol verərkən hər birimiz bir fərq yaradırıq. Bu videoçarx həmin fərqi yaradan sürücülərə minnətdarlıq xarakteri daşıyır.Təcili yardım avtomobilinə yol verən hər bir sürücüyə ayrı-ayrılıqda təşəkkür edirik.
Çünki onlar başqalarına bir nümunədir. Bu, ən böyük sürücülük mədəniyyəti və insanlıq nümayişidir”.
TƏBİB nümayəndəsi qeyd edib ki, vətəndaşlarımızın həyatını xilas etmək üçün sürücülərin yollarda təcili tibbi yardım avtomobillərinin keçidinə şərait yaratması ən böyük köməkdir.
Sürücülər üçün biz də öz növbəmizdə vurğulamaq istərdik ki, həmin təcili tibbi yardım avtomobilin içərisində yaxud gedəcəyi ünvanda hər birimizin yaxınları ola bilər.
Eltac Zülfüqaroğlu
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO










