Təcili yardım maşınının ardınca düşən “ağıllı” sürücülər: 100 manat, 3 bal - VİDEO

Paytaxtın Tiblisi prospektində kobud qayda pozan sürücülər kameraya düşüb.
Avtosfer.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl qeydə alınıb. Görüntülərdə 90-XV-434 dövlət nömrə nişanlı “Mercedes” markalı və 01-BT-567 dövlət nömrə nişanlı “BMW” markalı avtomobillərin sürücülərinin yolda təcili yardım maşını üçün açılmış boşluqdan istifadə etdiyi əks olunub. Belə ki, onlar öndə gedən təcili yardım maşınına qoşularaq hərəkət ediblər.
Bu həm qəza vəziyyəti yarada, həm də təcili yardım avtomobilinin ünvana vaxtında çatmasına maneə ola bilər.
İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə görə, xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə sürücü yüz manat məbləğində cərimə edilir.
Qeyd edək ki, qayda pozan hər iki sürücüyə təcili yardım maşınına qoşularaq onu müşayiət etdiyi üçün 3 bal 100 manat məbləğində cərimə yazıla bilər.
Məhəbbət Tərlanoğlu
Sumqayıtda təhlükəli anlar: İşıqforu və piyadanı gözardı edib şütüdü - VİDEO
Bu sürücünün qanunu pozması hamıya maneə yaratdı - 99-QB-873 - FOTO+VİDEO
Dairədəki maşını görə-görə yol verməyən sürücü qəza riski yaratdı - VİDEO
Zolağına sığmayan sürücü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO
Bu küçədə qaydasızlıq baş alıb gedir: Sürücülər yolayrıcında xaos yaradır - VİDEO
Sürücülər Çin maşınlarını səkidə saxlayıb piyadalara mane olur - FOTO
"Sürücülərə bu halda tətbiq edilməlidir" - Cərimə balı sistemi - VƏKİL
Orta zolaqdan geriyə dönən qadın sürücü az qala qəza törədəcəkdi - VİDEO
Maşının işığını yolboyu yandırıb-söndürərək digər sürücüləri narahat etdi - VİDEO
Sürücü maşının qarşısına çıxıb qəza şəraiti yaratdı, üstəlik etiraz etdi - VİDEO
Qabağa düşmək istəyən sürücü sarı işıqda keçib tıxaca qaldı - VİDEO











