"Təcili yardımın arxasınca gedirəm" deyən sürücünün yalanı üzə çıxdı - VİDEO

Bakıda sürücünün etdiyi hərəkət anbaan avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 4-də, Rövşən Cəfərov küçəsində qeydə alınıb. Belə ki, arxadan gələn təcili tibbi yardım maşınına yol vermək üçün görüntünü qeydə alan avtomobilin sürücüsü sağa doğru manevr edib. Lakin öz zolağına qayıtmaq istəyəndə, 77-QJ-763 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü onu sıxışdıraraq yol verməyib.
Buna etiraz edən sürücü irad bildirərkən, qarşı tərəf “təcili yardımın arxasınca gedirəm” deyə cavab verib. Bu sözlərdən belə başa düşülüb ki, həmin sürücünün təcili yardım maşınında xəstəsi var. Buna görə də sürücü mübahisə etmədən ona yol verib. Lakin daha sonra, Moskva prospektində təcili yardım avtomobili istiqamətini dəyişəndə, “Toyota” sürücüsü Bakı-Sumqayıt yoluna doğru hərəkətini davam etdirib. Hətta o, yüksək sürətlə sürüb ki, gözdən itsin. Bununla da onun “təcili yardımın arxasınca gedirəm” bəhanəsinin yalan olduğu üzə çıxıb.
Fərid
Yolayrıcında qəza təhlükəsi yaradan sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Bu küçədə ikinci zolaq daimi parkinqə çevrilib - Sürücülər NARAZIDIR - VİDEO
Piyada yerüstü keçidi qoyub yolun ortasında özünü təhlükəyə atdı - VİDEO
Gəncədə qaydaları vecinə almayan sürücü əks yolda “şou” göstərdi - HƏBSƏ DÜŞDÜ - VİDEO
Yol polisindən qaçan sərxoş sürücü bütün qaydaları pozdu; iş məhkəməyə düşdü - VİDEO
Qırmızı işıqda saniyələrə baxıb qayda pozanlar; bunu bilirdiniz? - AÇIQLAMA - VİDEO
Ən sadə qaydanı pozan sürücü təhlükəli anlara səbəb oldu - VİDEO
Zolağa baxmadan manevr edən sürücü avtomobilin yolunu kəsdi - VİDEO
Maşının qabağını qaldırıb “şou” göstərən sürücü YENƏ CƏRİMƏLƏNDİ - VİDEO
“BakuBus”ın sürücüləri bir-biri ilə yarışır; Təlimlərdə onlara nə öyrədilir? – RƏSMİ AÇIQLAMA - VİDEO
Bu prospektdə sürücülər kütləvi şəkildə səkini zəbt edirlər - VİDEO











