Təcili yardımın arxasınca sürüb "protiv" gedən sürücülər - CƏRİMƏSİ VAR? - VİDEO

Balaxanı yolunda qayda pozan sürücülər anbaan kameraya düşüb. Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 13-də saat 14:57 radələrində qeydə alınıb. Təcili tibbi yardım avtomobili xidməti zərurətlə bağlı əks istiqamətli yola çıxaraq axına qarşı hərəkət edib.
77-CZ-996 dövlət nömrə nişanlı "Nissan Leaf" markalı və 99-LP-096 dövlət nömrə nişanlı "KIA" markalı avtomobillərin sürücüləri yaranmış vəziyyətdən sui-istifadə ediblər. Belə ki, sürücülər yolboyu operativ nəqliyyat vasitəsini təqib edərək digər hərəkət iştirakçılarına təhlükə yaradıblar. Bu zaman onlardan biri "KIA" sürücüsünə "Öz yolunla niyə getmirsən? Mən də sənin kimi tələsirəm" deyərək iradını bildirib. Sürücü isə "məni sıxmaqla nə oldu?" deyə, cavab verib.
Qeyd edək ki, qanunvericiliyə görə, operativ nəqliyyat vasitəsinə qoşularaq hərəkət etməyin cəriməsi yoxdur.
Nərmin
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










