Təhlükəsizlik kameralarından istifadə ilə bağlı tələb var? - VİDEO

Bəziləri ancaq görüntünü, bəziləri isə görüntü ilə yanaşı səsi də qeyd edir. Təhlükəsizlik kameraları barədə hər kəs müəyyən məlumata malik olsa da, çoxları bu cihazları yerləşdirən zaman olan tələblərdən xəbərsizdir. Hətta kameraların görüntüsünə icazə olub, səs yazmasına qadağanın olduğunu düşünənlər də var. Uzun illərdir təhlükəsizlik kameralarının satışını həyata keçirən şirkətlərdən birinin nümayəndəsi Həzrət Qonaqov bildirir ki, təhlükəsizlik kameralarının video və səsi qeydə alması, görünən və görünməyən yerdə quraşdırlması ilə bağlı heç bir tələb mövcud deyil.
Şirkət nümayəndəsi bildirir ki, bəziləri təhlükəsizlik kameraları əldə etsələr də, ondan səmərəsiz istifadə etdiklərindən hansısa hadisə baş versə belə, o görüntülərlə cinayətin üstünü açmaq mümkün olmur. Buna görə diqqət ediləcək məqamlar var.
Təhlükəsizlik kameralarının qiymətləri isə 34 manatdan başlayır və 10 min manata qədər yüksəlir. Hətta üztanıyan müasir kameralar da var ki, onunla obyektdən oğurluq edən şəxsi də asanlıqla aşkar etmək mümkün olur.
Məsələ ilə bağlı hüquqşünas Xəyal Bəşirov bildirir ki, təhlükəsizlik kameraları ilə bağlı qanunda heç bir tələb yoxdur. Əksinə, bu cür kameralardan istifadə bəzən huquq muhafizə orqanlarının işinə töhfə verir.
Xəyal Bəşirov bildirir ki, təhlükəsizlik kameraları ancaq təyinatına uyğun istifadə edilməli və iş yerlərində soyunma-geyinmə otaqlarına, sanitar qovşaq kimi yerlərdə qoyula bilməz. Başqa hallarda kameraların həm görüntü, həm də səsi qeydə alması ilə bağlı heç bir qadağa mövcud deyil.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












