“Təhlükəsizlik kəməri insanı 85 faiz ölümcül xəsarətlərdən qoruyur”

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda ilin yekunlarına dair mətbuat konfransı keçirilib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, institutun direktoru Vaqif Verdiyev bildirib ki, ən çox zədələnmələr qışda və yayda baş verir. O deyib ki, hazırda insanlarda sınıqların sayı artıb.
V.Verdiyev yol-nəqliyyat travmatizmi ilə bağlı elmi-tədqiqat işləri aparıldığını söyləyib: “Yol-nəqliyyat travmatizmindən əziyyət çəkən xəstələrin müalicəsi daha çətin olur".
Mətbuat konfransında qeyd olunub ki, institutun klinikası 200 çarpayıdan, 7 cərrahiyyə otağından ibarətdir. Dayaq hərəkət sisteminin zədələnmələri və anadangəlmə qüsurların müalicəsində müasir texnologiyalar və üsullardan istifadə olunur.
İnstitutun Kəskin travmatologiya şöbəsinin elmi rəhbəri Qələndər Canbaxışov deyib ki, Azərbaycanda zədələnmədən ölüm 4-cü sıradadadır: "Avtomobil qəzaları zamanı insanlar ağır xəsarətlər alır. Sərxoş vəziyyətdə, yüksək sürət nəticəsində ağır qəzalar baş verir. Əksər qəzalar zamanı təhlükəsizlik kəmərinin taxılmaması ölümcül xəsarətlərə səbəb olur. Lakin diqqətinizə çatdırım ki, qəzalar zamanı təhlükəsizlik kəməri insanı 85% ölümcül xəsarətlərdən qoruyur”.
İnstitutun şöbə müdiri Fikrət Qafarov bildirib ki, bu gün "ət maşını" travmasının sayı artıb: “Sərxoş halda pəncərəyə zərbə endirilməsi hallarından zədələnmələrin sayı da azalmır”.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












