Təhsil müəssisələrində yol hərəkəti təhlükəsizliyi təbliğ olunur - FOTO

Oktyabrın 20-də 58 saylı məktəbdə Xətai rayon İcra Hakimiyyəti, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi və “Həyat” Humanitar Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə yol hərəkəti təhlükəsizliyi mövzusunda məlumat sessiyası keçirildi. Tədbirdə Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdiyeva, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, polis leytenantı Vüsal Nağıyev, rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin və digər icra qurumlarının nümayəndələri iştirak etdi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ulduzxan Abdullayev qonaqları təqdim etdikdən sonra yol təhlükəsizliyinin təmin olunmasının vacibliyi və bu prosesdə təhsil müəssisələrinin, xüsusilə müəllim kollektivinin rolundan danışdı. U.Abdullayev bildirdi ki, bu təbliğat işlərində hər birimizin fəal olması yol təhlükəsizliyi məsələlərində ciddi uğurların əldə olunmasına kömək edəcək.
Ölkədə, o cümlədən Xətai rayonunda aparılan yenidənqurma və abadlaşdırma işlərindən danışan Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdiyeva gündən-günə inkişaf edən yol infrastrukturundan və yol təhlükəsizliyinin təmin olunmasının vacibliyini qeyd etdi. J.Abdiyeva vurğuladı ki, yol təhlükəsizliyi mövzusu Xətai rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olan məsələlər arasında xüsusi yer tutur.
Bakı Şəhər DYPİ-nin bölmə rəisi Vaqif Əsədov məktəbətrafı ərazilərdə yol təhlükəsizliyinin effektiv şəkildə təmin olunmasına maneçilik törədən problemlərdən danışdı və qeyd etdi ki, həmin ərazilərdə müşahidə edilən problemlərin yaranmasında valideynlərin günahı böyükdür. Hər bir valideyn yol mədəniyyətinə xas davranışa üstünlük verməlidir.
46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova yol hərəkəti qaydalarının öyrənilməsinin vacibliyini qeyd etdi və beynəlxalq statistikaya istinad edərək yol nəqliyyat hadisələrində zərər çəkənlərin müəyyən bir qisminin məhz uşaqlar olduğunu vurğuladı.
Yol təhlükəsizliyinin təmin olunmasında yol təhlükəsizliyi pasportunun əhəmiyyətini xüsusi qeyd edən “Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Azər Allahverənov vurğuladı ki, yol hərəkəti iştirakçılarının yol hərəkəti qaydalarına uyğun davranışı hər şeydən əvvəl yollarda baş verəcək faciələrin qarşısını almaq iqtidarındadır. “Yol təhlükəsizliyi pasportunun yaradılmasına dair metodik tövsiyə” həmin davranışın formalaşmasına səbəb olacaq gərəkli vəsaitdir. Bu vəsaitdən istifadə edən hər bir məktəb onun ətrafından keçən yollarda təhlükəsiz yollar mühitini yarada bilər və bu kimi vacib məsələnin həlli bilavasitə məktəb kollektivinin, müəllim və məktəblilərin fəal iştirakı ilə baş verər.
261 saylı liseyin müəllimi Rövşən Əzizov, 55 saylı orta məktəbin müəllimi Mətanət Əsgərova, 194 saylı orta məktəbin direktoru Əliyusif Əliyev və digərləri təmsil etdikləri təhsil müəssisələrinin ətrafından keçən yollardakı mövcud vəziyyət barədə danışdılar və bildirdilər ki, bu tədbirlərin mütəmadi keçirilməsi təbliğat işinin vacib elementidir.
Fidan
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO
Avtobus zolaqlarına daxil olan maşınlara nəzarət artmalıdır - DEPUTAT
Cərimə meydançasında maşının saxlanılmasına görə ödəniş məbləği niyə artırılıb? - EKSPERT
































