Təkəri yerindən çıxan maşın nasaz olduğu üçün sürücü cərimələndi - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Toğrul Nəsirlinin Avtosfer.az-a açıqlamasına görə, 10-NA-061 qeydiyyat nişanlı "Tofaş" markalı avtomobildə olan nasazlığa görə sürücü barəsində qanunamüvafiq qaydada tədbir görülüb. Belə ki, sürücü nasaz nəqliyyat vasitəsilə yola çıxaraq həm öz həyatını, həm də digər yol hərəkəti iştirakçılarının həyatını təhlükə altında qoyduğu üçün İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə məsuliyyətə cəlb olunub.
Xatırladaq ki, Bakı-Şamaxı yolunda qeydə alınmış görüntü sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, 10-NA-061 qeydiyyat nişanlı “Tofaş” markalı avtomobilin arxa təkərlərindən biri körpü hissəsindən ayrılaraq kənara tərəf çıxıb. Sürücü ötürmələr qutusundan ustalıqla istifadə edərək avtomobili dayandırmağa nail olub.
Təbriz
Zolağına sığmayan sürücü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO
Sumqayıtda təhlükəli anlar: İşıqforu və piyadanı gözardı edib şütüdü - VİDEO
Bu küçədə qaydasızlıq baş alıb gedir: Sürücülər yolayrıcında xaos yaradır - VİDEO
Sürücülər Çin maşınlarını səkidə saxlayıb piyadalara mane olur - FOTO
"Sürücülərə bu halda tətbiq edilməlidir" - Cərimə balı sistemi - VƏKİL
Orta zolaqdan geriyə dönən qadın sürücü az qala qəza törədəcəkdi - VİDEO
Maşının işığını yolboyu yandırıb-söndürərək digər sürücüləri narahat etdi - VİDEO
Sürücü maşının qarşısına çıxıb qəza şəraiti yaratdı, üstəlik etiraz etdi - VİDEO
Qabağa düşmək istəyən sürücü sarı işıqda keçib tıxaca qaldı - VİDEO
Nakotikin təsiri altında traktor sürdü - Sürücülük hüququndan 2 illik məhrum edildi
Məhəlləarası yolda yarışa çıxdılar, yol polisi araşdırmaya başladı - VİDEO











