Telefonda "Youtube"a baxa-baxa əllərini sükandan çəkib "ara işlədi" - VİDEO

Qaydalar 11 İyul 2024 10:05 Oxunub 2506
Telefonda "Youtube"a baxa-baxa əllərini sükandan çəkib "ara işlədi" - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı-Sumqayıt yolunda qaydaları pozan sürücü qeydə aldığı videoları sosial şəbəkə hesabında paylaşaraq izləyici kütləsi yığmağa çalışıb. Avtosfer.az xəbər verir ki, 99-C-895 qeydiyyat nişanlı motosikletin sürücü müxtəlif vaxtlarda sözügedən yolda hərəkət edən zaman avtomobillərin arası ilə gedərək təhlükəli manevrlər edib.

Bu manevrləri edən zaman isə hər iki əlini sükandan çəkərək şou göstərib. Etdiyi təhlükəli hərəkətlər azmış kimi, üstəlik telefonda "Youtube" sosial şəbəkəsinə daxil olaraq oradan videoları da izləyib.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh