Telefonu qulağına qoyub öz kefi ilə hərəkət edən sürücüdən təhlükə - VİDEO

Qaydalar 16 Mart 2022 10:00 Oxunub 1342
Telefonu qulağına qoyub öz kefi ilə hərəkət edən sürücüdən təhlükə  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda qaydaları pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, 90-KS-776 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü martın 15-də paytaxtın Dadaş Bünyadzadə küçəsindən Müzəffər Həsənov küçəsinə dönərkən görüntünü qeydə alan sürücüyə yol verməyib. Həmin kəsişmədə dayanmadan keçməyi qadağan edən nişanın olmasına baxmayaraq, sürücü buna əhəmiyyət vermədən telefonla danışa-danışa yolayrıcına daxil olub. Bununla kifayətlənməyən sürücü baş yolda hərəkət edən avtomobilin qarşısına keçərək yoluna davam edib.

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh