Tələsən sürücü qırmızıda keçdi, DYP CƏRİMƏLƏDİ - VİDEO

Yolda tələsən sürücü qaydaları kobud şəkildə pozub. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 10-da, paytaxtın Abbas Fətullayev küçəsində baş verib.
Belə ki, 99-EX-423 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü svetoforun qırmızı işığında keçərək hərəkətinə davam edib. Görüntünü qeydə alan sürücü isə qaydaları pozmadan yoluna davam edib və bir neçə yüz metr sonra tələsərək qaydaları pozan sürücünün yanına çatıb.
Buradan aydın şəkildə görünür ki, qaydaları pozmaq sürücüyə heç də vaxt qazandırmır. Əksinə, həm təhlükə ilə üz-üzə qalır, həm də cərimələnir.
Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə nəzərdə tutulub.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi polis kapitanı Toğrul Nəsirli bildirib ki, sürücü aşkar edilib və barəsində inzibati qaydada tədbir görülüb.
Könül Rauf
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO








