Tələsən sürücü yolda “hoqqa” verdi - Sağ-sol edib təhlükə saçdı- VİDEO

Paytaxtda yüksək sürətlə qayda pozan avtobus sürücüsü görüntülənib.
Avtosfer.az xəbər verir ki, görüntülər bu gün Mərdəkan şossesində qeydə alınıb.
Belə ki, 99-JN-602 qeydiyyat nişanlı “Hyundai County” markalı avtobus sürücüsü öncə maksimal sürət 90 olan yolda ən sol zolaqda hərəkət edərək bir neçə avtomobili ötüb. Bu azmış kimi daha sonra ani manevrlərlə öncə ən sol zolağa, sonra isə əksinə, ən sağ zolağa keçib. Həmçinin görüntülərdə mikroavtobusda sərnişinlərin olduğu da aydın şəkildə əks olunub.
Xatırladaq ki, əksər yollarda avtobuslar üçün ən sağ zolaq nəzərdə tutulub. Sərnişin daşındığı üçün avtobuslar həm də daha aşağı sürətlə hərəkət etməlidir. Lakin sərnişin ilə dolu olan mikroavtobus onların və digər hərəkət iştirakçılarının həyatı üçün təhlükəyə səbəb olub. Sürücünün aqresiv sürüşü faciəvi qəza ilə nəticələnə bilərdi.
Qeyd edək ki, həmin sürücü kobud şəkildə manevr qaydalarını pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə olunmalıdır.
Məhəbbət Tərlanoğlu
Avtobus sürücüsündən TƏHLÜKƏLİ MANEVR: Qəza şəraiti yarandı - VİDEO
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO










