Təyyarədə uçuş-eniş zamanı pərdələrin açılması niyə istənilir? - FOTOLAR
Qaydalar
22 Yanvar 2016 21:44

Pərdənin qaldırılması belə çox vacib rol oynayır
Təyyarədə heç olmasa bir dəfə uçan hər bir kəs yəqin diqqət edib ki, uçuş və eniş zamanı sərnişinlərdən illuminatorların pərdələrini açmaq xahiş ounur. Ancaq bunun hansı məqsədlə edildiyini bilən ehtimal ki, az adam var. Bu gün sizə belə bir addımın məqsədi barədə məlumat verəcəyik. Sən demə, illüminatorlar uçuşun təhlükəsizliyi üçün açılır.
Sirr deyil ki, qəzaların bir çoxu uçuş və eniş zamanı baş verir. Bu səbəbdən pərdələrin açılması eyni anda risqi azalda biləcək bir neçə hədəfə xidmət edir.
.jpg)
Birincisi, insanlar təbiət etibarilə hər şeylə maraqlanandırlar. Bu səbəbdən illüminatordan çölə baxan sərnişinlər, nəsə qəribəlik görsələr, bu, dərhal onların nəzərlərini cəlb edər, xırda bir qığılcımda və yaxud tüstüdə heyətə xəbər verərlər. Onlar da həqiqətən də ciddi nəsə baş verəcəyi təqdirdə tədbirlər görərlər.

İkincisi, əgər həqiqətən də qəza vəziyyətidirsə, hər saniyə hesabdadır. Açıq pərdələrdə komanda vəziyyətə dərhal qiymət verə və sərnişinləri rahat şəkildə evakuasiya edə bilərlər.

Bundan əlavə, uçuş və eniş vaxtı salonun süni işıqlandırılması söndürülür. Bu, sərnişinlərin gözlərinin göyərtənin işıqlanmasına öyrəşməyə kömək edir. Və qəza baş verəcəyi təqdirdə, onlar təyyarəni tərk edərlərsə, güclü işıqlandırmadan müvəqqəti korluq yaşaya bilərlər. Bu isə evakuasiyanın sürətinə təsir edə bilər.
Bundan əlavə, deyilənə görə, bəzi təyyarələrdə pərdələr çox zərif plastikdən hazırlanıb. Bu səbəbdən sərt eniş zamanı pərdə parçalana və sərnişini yaralaya bilər.

Məlum oldu ki, aviadaşıma dünyasında hər bir şey ən xırda detalına qədər düşünülüb. Və hətta pərdənin qaldırılması belə çox vacib rol oynayır.
Faktxeber.com
Oxunub : 3906
DİGƏR XƏBƏRLƏR
23 Oktyabr 2026 19:40
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
23 Oktyabr 2026 18:37
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
23 Oktyabr 2026 16:30
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
23 Oktyabr 2026 16:00
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
23 Oktyabr 2026 10:00
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
23 Oktyabr 2026 09:00
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
22 Oktyabr 2026 18:00
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
22 Oktyabr 2026 17:00
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
22 Oktyabr 2026 15:18
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
22 Oktyabr 2026 09:00
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
21 Oktyabr 2026 17:00
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO
21 Oktyabr 2026 14:30
Tıxacdan yayınan sürücü birbaşa ən sağ zolağa keçib təhlükə yaratdı - VİDEO
ŞƏRH YAZ












