Tıxaca səbri çatmayan sürücülər əks yola çıxıb kütləvi şəkildə qayda pozdular - VİDEO

Paytaxtın “8 Noyabr” prospektində kütləvi şəkildə qayda pozan sürücülər görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə sentybarın 25-də saat 09:11 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan 77-JF-142 dövlət nömrə nişanlı “Hyundai Staria” markalı, 99-XY-102 dövlət nömrə nişanlı “KIA Optima” markalı, “Honda” markalı, 77-BR-843 dövlət nömrə nişanlı “Hyundai İ30” markalı, 10-KS-420 dövlət nömrə nişanlı “Mercedes” markalı və “Toyota Aqua” markalı avtomobillərin sürücüləri sıxlıqda qalmamaq üçün əks istiqamətli yola çıxaraq axına qarşı hərəkət ediblər. Bir müddət sonra isə tıxacda gözləyən 77-CQ-025 dövlət nömrə nişanlı “Hyundai Elantra” markalı maşının sürücüsü də qarşı tərəfə keçərək hərəkətinə davam edib. Görüntüdən aydın olduğu kimi, prospektdə təmir işləri aparıldığı üçün yolda nişanlar çəkilməyib və bu vəziyyətdən əksər sürücülər sui-istifadə edirlər.
Xatırladaq ki, bu qayda pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən, 4 bal 150 manat cərimə nəzərdə tutulub.
Nərmin
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










