Tıxaca səbri çatmayıb nişanlanma xəttinin tələbini pozan sürücü - 77-RN-555 - VİDEO

Bakının Nəsimi rayonu Mərdanov qardaşları küçəsində qayda pozan sürücü görüntülənib. Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 8-də saat 12:48 radələrində qeydə alınıb. Hərəkətdə olan 77-RN-555 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü nişanlanma xəttinin tələbini pozub. Belə ki, o, yalnız sağa hərəkətə icazə verilən zolaqda düzünə gedib. Yolayrıcına daxil olan sürücü yenidən səhv zolaqda hərəkətinə davam edib.
Qeyd edək ki, sözügedən küçədə baş verən qayda pozuntusuyla bağlı saytımızda bir neçə gün əvvəl xəbər dərc olunmuşdu. Belə ki, izləyici göndərdiyi videomaterialda yolun sağ və sol tərəfinin mütəmadi olaraq sürücülər tərəfindən zəbt olunduğu bildirmişdi. Nəticədə düzünə hərəkət edən nəqliyyat vasitələri bir zolaqla getməli olduqları üçün süni tıxac yaranır. Sıxlığa səbri çatmayanlar isə görüntüdəki sürücü kimi, yanlış zolaqla hərəkət edərək qayda pozurlar.
Nərmin
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










