Tıxacda avtobus zolağına daxil olan sürücü: “Vaxtımız puldan daha dəyərlidir” - VİDEO

Məlumdur ki, Bakının əksər küçələrində ictimai nəqliyyat vasitələrinin rahat hərəkəti üçün zolaqlar təşkil olunub. Lakin bu zolaqlar ara-sıra sürücülər tərəfindən zəbt olunur. Xüsusilə tıxac zamanı bu görüntünün şahidi ola bilərik.
Paytaxtın Nəsimi rayonu Rəşid Behbudov küçəsində qeyd etdiyimiz qaydanı pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 30-da günorta saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 77-LQ-771 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü sıxlıqda qalmamaq üçün avtobus zolağına keçid edib.
Qeyd edək ki, sürücülər sözügedən küçədə sıx şəkildə eyni qayda pozuntusu törədirlər.
Xatırladaq ki, bu xəta 2 bal və 100 manat cəriməylə nəticələnir.
Nərmin
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO









