Tıxacda qabağa düşmək istəyən sürücülər qayda pozaraq yolu kəsdilər - VİDEO

Paytaxtın Binəqədi rayonu, 3-cü Yol küçəsində kütləvi qayda pozuntusu qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında baş verib.
Belə ki, 77-DA-598 dövlət nömrə nişanlı “Hyundai” markalı, 99-VM-046 dövlət nömrə nişanlı “Ford” markalı, 77-PG-793 dövlət nömrə nişanlı “Hyundai” markalı, 77-XT-977 dövlət nömrə nişanlı “Mercedes” markalı, 01-CJ-305 dövlət nömrə nişanlı “Mercedes” markalı və 77-MU-318 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillərin sürücüləri tıxacda gözləməmək üçün əks istiqamətli yola çıxaraq hərəkətlərini davam etdiriblər. Nəticədə qarşı tərəfdən gələn nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb və yol iflic vəziyyətinə düşüb.
Qeyd edək ki, bu cür davranışlar yol hərəkəti təhlükəsizliyini ciddi şəkildə pozur və qəza riskini artırır. Sürücülərdən tələb olunur ki, tıxac zamanı qaydaları pozmaqla vəziyyəti daha da ağırlaşdırmasınlar, səbirli olsunlar və yol hərəkəti qaydalarına əməl etsinlər. Unutmaq olmaz ki, bir sürücünün etdiyi qayda pozuntusu onlarla digər yol iştirakçısına ciddi təhlükə yarada bilər.
Nərmin
Bu küçədə qaydasızlıq baş alıb gedir: Sürücülər yolayrıcında xaos yaradır - VİDEO
Sürücülər Çin maşınlarını səkidə saxlayıb piyadalara mane olur - FOTO
"Sürücülərə bu halda tətbiq edilməlidir" - Cərimə balı sistemi - VƏKİL
Orta zolaqdan geriyə dönən qadın sürücü az qala qəza törədəcəkdi - VİDEO
Maşının işığını yolboyu yandırıb-söndürərək digər sürücüləri narahat etdi - VİDEO
Sürücü maşının qarşısına çıxıb qəza şəraiti yaratdı, üstəlik etiraz etdi - VİDEO
Qabağa düşmək istəyən sürücü sarı işıqda keçib tıxaca qaldı - VİDEO
Nakotikin təsiri altında traktor sürdü - Sürücülük hüququndan 2 illik məhrum edildi
Məhəlləarası yolda yarışa çıxdılar, yol polisi araşdırmaya başladı - VİDEO
Bu ərazidə avtobuslar taksilərin əlindən dayanacağa daxil ola bilmir - VİDEO
Maşını yolun ortasında park edib yoxa çıxan sürücünü DYP belə tapdı - FOTO











