Banner

“Tofaş”la avtoxuliqanlıq edib “TikTok”da paylaşdı, həbs olundu - FOTO - VİDEO

Qaydalar 10 Noyabr 2025 10:00 Oxunub 714
“Tofaş”la avtoxuliqanlıq edib “TikTok”da paylaşdı, həbs olundu - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Nizami RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində sürücülük hüququ olmadan avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan “Tofaş” markalı, 10-ST-665 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Tural İbrahimov saxlanılıb.

Avtosfer.az xəbər verir  ki, T.İbrahimov idarə etdiyi avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini “TikTok” sosial şəbəkəsində paylaşıb.

Sürücü barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə T.İbrahimovun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla o, 20 sutka inzibati qaydada həbs edilib.


ŞƏRH YAZ
Ad

E-mail

Şərh