Törətdiyi qayda pozuntusunu “TikTok”da paylaşıb cəriməsini soruşdu - VİDEO

Sürücü törətdiyi qayda pozuntusunu videoya çəkərək “TikTok” sosial platformasında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında Xırdalan dairəsi yaxınlığında qeydə alınıb. Hərəkətdə olan 77-AL-595 dövlət nömrə
nişanlı “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü nişanlanma xəttinin tələbini pozub. Görüntüdən aydın olduğu kimi, o, təhlükəsizlik adacığının üzərinə çıxaraq sağa manevr edib. Bununla kifayətlənməyən sürücü qayda pozuntusuyla bağlı videonu sosial media hesabında paylaşaraq pis örnək olub. Belə ki, o, izləyicilərə “cəriməsi nə qədərdir?” - deyə, sual ünvanlayıb.
Qeyd edək ki, sürücü sürət həddini aşmasıyla, sükan arxasında telefondan istifadə etməsiylə bağlı videoları da şəxsi hesabında paylaşıb.
Xatırladaq ki, videodakı qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 40 manat cəriməylə nəticələnir.
Nərmin
Avtobus sürücüsündən TƏHLÜKƏLİ MANEVR: Qəza şəraiti yarandı - VİDEO
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO










