Toy günü qayda pozan bəy qəzadan son anda belə yayındı - REAL VİDEO

Respublika yollarından birində qayda pozan sürücü avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 16-da saat 15:52 radələrində qeydə alınıb. Belə ki, “Voyah” markalı avtomobilin sürücüsü hərəkətdə olduğu zolaqdan qəfil sola manevr edir. Bu zaman o, həmin zolaqda hərəkətdə olan “Toyota” markalı maşınla toqquşmaqdan son anda xilas olur. Kadrdan aydın şəkildə görünür ki, “Voyah”ın sürücüsü manevr etməzdən öncə zolağın boş olub-olmamasına diqqət yetirmir. Nəticədə o, digər sürücüyə qəza şəraiti yaradır.
Qeyd edək ki, toy karvanına daxil olan həmin avtomobili idarə edən bəyin özüdür. Lakin toy günü olması yol hərəkəti qaydalarına əməl etməməyə əsas vermir. Sürücü yalnız zolağın tam boş olduğuna əmin olduqda, siqnal verdikdən sonra və digər nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmadan manevr edə bilər.
Qəfil və nəzarətsiz manevrlər yolun bütün hərəkət iştirakçıları üçün təhlükə yaradır. Bu səbəbdən sürücülərə tövsiyə olunur ki, xüsusilə toy karvanlarında daha məsuliyyətli davransınlar və emosional vəziyyətdən asılı olmayaraq qaydaları pozmasınlar.
Nərmin
“Ərim gəlsin” deyən sərxoş qadın sürücü yol polisinə yalvardı - 500 manat cərimələndi - VİDEO
Qabağa keçmək üçün hər yola əl atan sürücü görün sonda nə etdi - VİDEO
Nişanı heçə sayan sürücülər kameradan gizlənmək üçün zolağı zəbt etdi - VİDEO
Tıxacdan “çıxış yolu”nu tapan sürücülər avtobus zolağında şütüdülər - VİDEO
Dumanlı hava şəraitində piyada və sürücülər hansı qaydalara əməl etməlidir? – EKSPERT AÇIQLADI
Masazırda ard-arda kobud qayda pozan sürücü təhlükə saçdı - VİDEO
Səbrsiz sürücü əks yola çıxıb maşının üzərinə sürdü - 90-ZF-990 - VİDEO
Uşağı məktəbə gətirən sürücü öz rahatlığı üçün maşını səkidə park etdi - VİDEO
Qaydaları kobud şəkildə pozan 15 yaşlı gənc 4900 manat cərimələndi - VİDEO
“Yol hərəkəti haqqında” qanunda dəyişiklik ediləcək - Qərar imzalandı
Qəza işıqlarını yandırıb maşını yolun ortasında park etdi; yolu bağladı - VİDEO











