Banner

Toy karvanında avtoşluq edib paylaşdı; Həbs edildi - Vəsiqəsi yoxdur - VİDEO

Qaydalar 10 İyun 2025 10:53 Oxunub 806
Toy karvanında avtoşluq edib paylaşdı; Həbs edildi - Vəsiqəsi yoxdur - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə yayan sürücü 1 il müddətinə sürücülük hüququndan məhrum edilib, həmçinin 15 sutka inzibati qaydada həbs olunub.

Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə "VAZ 2107" markalı avtomobilin sürücüsü Mahir Namiq oğlu Məmmədlinin Ələt-Astara magistral avtomobil yolunda ictimai qaydanı kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyinə dair sübutlar toplanıb.

Araşdırma zamanı məlum olub ki, M.Məmmədli nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edib və həmin təhlükəli hərəkətləri videoya çəkərək sosial şəbəkələrdə yayımlayıb. Onun törətdiyi hərəkətlər digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaradıb.

Toplanmış materiallar məhkəməyə təqdim olunub və məhkəmənin qərarı ilə Mahir Məmmədli 1 il müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edilib, eyni zamanda 15 sutka inzibati qaydada həbs olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh