Toy karvanında avtoxuliqanlıq edib canlı açdı: DYP cəzalandırdı - VİDEO

Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları toy karvanında avtoxuliqanlıq əməli törədərək sosial şəbəkədə yayımlayan sürücülər barədə qanunamüvafiq tədbirlər görüb.
Avtosfer.az xəbər verir ki, Xaçmaz rayon sakinləri Rəvan Osmanlı və Fuad Mirzəyev Gəndob-Yalama yolunda toy karvanında hərəkət edərkən sosial şəbəkədə canlı yayım açaraq ictimai qaydanı nümayişkaranə şəkildə pozub digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaratmaqla avtoxuliqanlıq ediblər. Faktla bağlı aparılan araşdırmanın nəticələrinə əsasən müvafiq protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs sürücülük hüququ məhdudlaşdırılmaqla beş yüz manat məbləğində cərimə edilib.
Baş Dövlət Yol Polisi İdarəsi toy karvanına qoşulan sürücülərin digər hərəkət iştirakçılarına münasibətdə heç bir üstünlüyə malik olmadıqlarını bir daha xatırladır və yeni ailə quran gənclərin sevincinə şərik olmaq adı altında sui-istifadə hallarına yol verən sürücülərə qarşı qanunvericiliyə uyğun daha kəsərli tədbirlərin görüləcəyini bildirir.
Narkotik qəbul edib maşın qaçırdı - Rayona gedəndə postda tutuldu
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hərbi xidmətə getməyə hazırlaşan gənc "BMW" ilə "avtoş"luq etdi - Məhkəməyə düşdü
Keçiddən keçən piyadanı görməzdən gəlib yoluna davam etdi - VİDEO
Yol polisinin yanında avtobus zolağına girən "Ferrari" saxlanıldı - FOTO - VİDEO
Motosikletin qabağına qəfil çıxan yük maşını qorxulu anlar yaşatdı - VİDEO
Bu qəzada günahkar kimdir; sürücü, yoxsa piyadalar? – Ekspert İZAH ETDİ - VİDEO
Xətaidə səfirliyə məxsus “BMW” piyadaları təhlükə ilə üz-üzə qoydu - VİDEO
Maşınlarını necə gəldi saxlayan sürücülər küçəni bağladı – 10-ZT-487 və 90-DM-898 - VİDEO
"ZİL" sürücüsü narkotikin təsiri altında SAXLANILDI - Ekologiya postunda - FOTO
Tıxacdan qaçan sürücü parkinq zolağına keçdi – 99-HQ-022 - VİDEO










