Toy karvanında “BMW” ilə “drift” edib “şou” göstərən sürücü - 77-AJ-515 - VİDEO
Qaydalar
25 Aprel 2024 18:36
Oxunub 800
Bakıda toy karvanında “drift” edən sürücü görüntülənib.
Avtosfer.az xəbər verir ki, bir neçə gün əvvəl Badamdar qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan 77-AJ-515 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü təhlükəli manevrlər edir. Belə ki, o, dar yolda anidən “drift” edərək “şou” göstərib. Bu zaman yolda piyadalar keçib və park edilmiş maşın olub. Hadisə zamanı təhlükəli anlar yaransa da qəza baş verməyib.
Qeyd edək ki, video sosial şəbəkələrdə qınaq obyektinə çevrilib.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR