"Toyota"nın sürücüsü sükan arxasında yatdı - Görün nələr oldu

Bakı-Qazax magistral yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə yolun Ağstafa rayonu Qırlı kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində Qırlı kənd sakinləri, 1971-ci il təvəllüdlü Abbasov Şövqü Sovet oğlu və 1988-ci il təvəllüdlü Məsiyev Sərxan Həkim oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
"Report"un məlumatına görə, "Toyota" və "VAZ" markalı minik avtomobilləri toqquşub. Nəticədə hər iki avtomobilin sürücüləri və bir neçə sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Qəzaya "Toyota"nın sürücüsünün sükan arxasında yatması səbəb olub. Nəticədə "VAZ"ı vuraraq yol kanarına salıb və zərbənin gücündən avtomobil bir neçə dəfə aşıb.
Faktla bağlı araşdırma aparılır.
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO













