Üç uşağı avtomobilin "baqaj"ında daşıyan qadın sürücü CƏZALANDI - VİDEO

Lənkəranda qadın sürücü minik avtomobilinin yük hissəsində 3 azyaşlının daşınmasını həyata keçirib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı görüntülər Lənkəran şəhərinin "Qala" deyilən ərazisində yerləşən marketlərdən birinin önündə lentə alınıb.
Yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasını nümayiş etdirən sürücü 3 azyaşlı ilə əşya kimi davranaraq onları maşının baqajında otuzdurub. 42-AA-342 dövlət qeydiyyat nişanlı "KIA Sportage" avtomobilinin sürücüsünün, eyni zamanda, azyaşlılardan birinin anasının bu addımı müzakirələrə səbəb olub və tənqidlə qarşılanıb.
Qanunvericiliyə görə, azyaşlı uşaqların avtomobilin yük yerində oturması qanunsuz və son dərəcə təhlükəlidir. Azyaşlı uşaqlar avtomobildə yalnız sərnişin üçün nəzərdə tutulmuş yerlərdə və müvafiq uşaq təhlükəsizlik oturacağı (uşaq oturacağı) ilə təmin olunaraq daşına bilərlər.
Belə ki, yük yeri sərnişin təhlükəsizliyi üçün nəzərdə tutulmayıb və qəza zamanı ciddi xəsarətlərlə nəticələnə bilər. Həmçinin yük yerlərində təhlükəsizlik kəməri, hava yastığı, oturacaq sabitliyi kimi qoruyucu sistemlər olmur.
Ani tormozlama və ya qəza zamanı uşaq sərbəst hərəkət edən yük kimi ciddi zədə ala bilər. Bu həm qaydaların pozulması, həm də uşağın həyatını riskə atmış sayılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, görüntülər barədə məlumatlıdırlar, məsələ araşdırılır (“Bizim.media”).
"AA" seriyalı avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozdu - FOTO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










