Avtosfer.az | Reklam
Üçüncü cərgədə dayanan sürücü yolu belə kəsdi - VİDEO
Qaydalar 13 Oktyabr 2020 11:00 Oxunub 554
Üçüncü cərgədə dayanan sürücü  yolu belə kəsdi - VİDEO

Oktyabrın 8-i paytaxtın Sabunçu-Zabrat yolunda dayanma durma qaydasını pozan sürücünün görüntüsünü oxuculardan biri videoya çəkərək redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, 90-EM-310 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü sərnişin düşürtmək üçün avtomobili üçüncü cərgədə dayandırıb. Bu zaman tıxac yaradaraq arxadan gələn sürücülərin yolunu kəsib.

Yolda yaranan tıxacların əksəriyyəti bu tip sürücülərin intizamsızlığı səbəbindən baş verir. Lakin tıxacda qalanda narazılıq edənlər də bu sürücülərdir. 
Ona görə də özümüzü digər sürücülərin yerinə qoyaraq qanunun ən incə məqamlarına əməl etməliyik.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh