Uşağın həyatı risk altındadır, sürücünün isə vecinə deyil - VİDEO

Bakıda yol hərəkəti qaydasını pozan sürücünün videosunu oxuculardan biri qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 19-da, paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb. Belə ki, 99-SX-205 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü azyaşlı uşağı ön oturacaqda otuzduraraq nəzarətsiz şəkildə buraxıb. Qayda pozmağı azmış kimi, eyni zamanda azyaşlının həyatını risk altına atıb. Uşaq yan şüşədən qollaranı tam şəkildə bayıra çıxararaq əylənməyə başlayıb. Sürücü isə bütün bunlara göz yumaraq yoluna davam edib.
Qeyd edək ki, qanunvericiliyə görə, 12 yaşdan aşağı olan uşaqların xüsusi oturacaq olmadan avtomobilin önündə daşınması qadağandır. Bu cür məsuliyyətsiz addımlar azyaşlıların həyatına son qoya bilər. Hətta yüngül manevr və ya tormoz zamanı azyaşlı avtomobildən bayıra çıxaraq yerə çırpıla və digər avtomobillərin altında qalıb həyatını itirə bilərdi. Bu səbəbdən sürücülər diqqətli olmalı və uşaqlara xoş gələcək deyə bu cür hərəkətlərə yol verməməlidir.
Fərid
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO










